Çəkdim mən bu dərdi zimistan boyu,Ömür xoş bahara qala, qalmaya.Nişanlıyam, – dedin, etmədim toyu,Qorxuram gülşənim sola, qalmaya.

Yaman olub tale gülmür üzümə,Rüşvətim yox, baxan yoxdu sözümə.Əyri baxır kəm adamlar üzümə,Dərd odu ki, yar da uya, qalmaya.

Bu zəmanə bədnəzərlik zamanı,Yoxsula, haqlıya vermir amanı.Məmmədhüseyn düz yol-ərkan, din anı,Tut götür qaç, bəlkə qala, qalmaya.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar