Sənin gözlərinmi gənclik bağında,Yoxsa nərgizlərin sayrışıb oynar?Yoxsa çıxılmayan eşqin dağındaÖmrümün dirilik çeşməsi qaynar?

O qara gözlərin deyil parlayan,Ulduzlar içimdə gecələrimdir.Bəlkə də ruhuma aydınlıq yayan,Bir sərin,ziyalı,yaz səhərimdir.

Qoy desin dünyanın el aşıqlarıBu şövqü kim mənim ruhuma yaydı,Donardım ruhumun şən işıqlarıQəlbimin camında qırılmasaydı.

Qara qış üstümə tökər qarınıNərgiz gözlərindən məni ayırsan.Mənim ümidimin qapılarınıNeçin gah açırsan,gah qapayırsan?

Sənin gözlərinmi gənclik bağında,Yoxsa nərgizlərin sayrışıb oynar?Yoxsa çıxılmayan eşqin dağındaÖmrümün dirilik çeşməsi qaynar?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar