O gün ki hicrana uğradı yolum,Qırıldı qanadım, qırıldı qolum.Fələkdən bac alıb, bac verən könlümİndi uşaq kimi ağlar səninçün.

Gül gülü çağırır, çiçək çiçəyi,Gülər aşiqlərin qönçə diləyi.Sən neçin yıxırsan bu şux ürəyi?Qəlbimin çeşməsi çağlar səninçün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar