Mən əzilən bir sinifin hayqıran,Haq bağıran sədasından yarandım.Ölümlərin pəncəsində hıçqıranMəzlumların nəvasından yarandım.

İnsan oğlu, uzaqlaşma, gəl yaxın;Başqa yoldan alınmasın sorağın.Bir günəşin, bir məsləkin, bir aşqınƏn həqiqi mənasından yarandım.

Yeni eşqi, yeni zövqü yaratan,Yeni dünya qurmaq üçün can atan,Yeni sazın tellərini çınlatanBeynəlmiləl havasından yarandım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri