Bir maral balası, tərlan cilvəli,Gəldi, məni gördü, baxdı, qayıtdı.Pünhanı göstərdi gül camalını,Tər üzünə şəbnəm axdı, qayıtdı.

Mən görmüşəm gözəllərin çoxunu,Belə olmaz amma boyu-buxunu.Müjganından çəkdi xatəm oxunu,Yaralı sinəmə çaxdı, qayıtdı.

Gözləyərkən gözlərimə sataşdı,Müjgan könlüm eşq oduna alışdı.Şəhrahidan qıyqac baxıb ötüşdü,Məmmədhüseyni oda yaxdı, qayıtdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar