Qızlar
Tovuzquşu kimi bəzənifsiniz,Baxışdan dağların ceyranı, qızlar.Elə baxıb könlüm evin dağıtma,Olum o gözlərin heyranı, qızlar.
Dişləri incidir, dodaqlar şəkər,Belə yarım olsa! – nə qəm, – nə kədər.Tapmadım heç yerdə siz təki dilbər,Gəzmişəm İranı, Turanı qızlar.
Sanki qızılgüldür, açmış yanaqlar,İti xəncər kimi can alır gözlər.Gəliniz vəd edək, düz çıxsın ilqar,Valeh edirsiniz insanı qızlar.
Ox, yay yarasına yara demərəm,Namərd gülləsindən heç vaxt sönmərəm.Vurdu lap sinəmdən nazlı bir sənəm,İncitməyin dərdli olanı, qızlar.
Şair Məmmədhüseynəm, özünüz bilin,Qırmayın qəlbini bir əncam çəkin.İztirab veribən çox incitməyin,Aşkar odunuza yananı, qızlar.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-qizlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Tən edərTalada sevmişəm mən bir şahbazı,Sərv boyu tuba boya tən edər.
Guş edin ərzimə yeksər, siz əya pirü cəvanGuş edin ərzimə yeksər, siz əya pirü cəvan,Bircə təmsil gəlib xatirimə, eylüm əyan,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.