Yarın səri-kuyində təki məskənim olsun
Yarın səri-kuyində təki məskənim olsun,Cənnət adı çəksəm, mənə tanrı qənim olsun.
Derlər mənə, məşuqun olub qeyr ilə həmdəm,İnsafmı yar özgəsinin, ad mənim olsun?
Hal əhli əgər olsa rəqibim, tutaram dost,Mən istərəm hal əhlini, xud düşmənim olsun.
Mən istəmərəm ləli-ləbi-yardan özgə,Dünyada nə dövlət, nə də bir mədənim olsun.
Sən olmasan, ey gül, mənə hər yerdə xəzandır,Sənsiz nə baharım, nə gülüm, gülşənim olsun.
Var özgə səfası, ola bir guşeyi-xəlvət,Bir tək mən olum, bir də simintənim olsun.
Vahid! Bu təmənnadəyəm, əhd etmişəm, ölsəm,Canan ilə bir yerdə gərək mədfənim olsun.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-yarin-seri-kuyinde-teki-meskenim-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vardır indi, gözəlim, başqa məlahət Bakıda,Gəl edək şövq ilə hər yanı səyahət Bakıda.
Könüllər qan olur sənsiz güli-həmrayə baxdıqdaKönüllər qan olur sənsiz güli-həmrayə baxdıqda,Gözəllər yad edər xurşidi-ruyin ayə baxdıqda.
Ey gül, yanıram qeyrilə sən həmdəm olandaEy gül, yanıram qeyrilə sən həmdəm olanda,Bülbül alışar xar ilə gül məhrəm olanda.
Dindir məni hərdən, gözəlim, fürsət olandaDindir məni hərdən, gözəlim, fürsət olanda,Vəslin bizə bir an, nə olar, qismət olanda?
Başqa şairlərin şeirləri · Eşq
Hicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Pərişan etmişəm zülfü-pərişanı, ağan camPerişan etmişəm zülfü-pərişanı, ağan cam,Pərişan etmək olmur hiç dünyam, ağan cam.