Qoyma, ey məh, üzünü zülfi-pərişan tutsun,Niyə bu hüsnilə aləm sənə nöqsan tutsun?

Gər qələt nöqtə desəm, məshəfi-hüsnün xəttin,Bu səbəbdən məni qoy ayeyi-Quran tutsun.

Etiraz eyləmə rüxsarına xət gəlmək üçünKi, gərək murü mələk mülki-Süleyman tutsun.

Tökdü məstanə gözün qanımı yüz naz ilə,Görüm, ey şuxi-xətadidə, səni qan tutsun!

Nə atarsan, təni-suzanıma tən oxlarını,Bunca peykanı gərəkməzmi məgər can tutsun?!

Düşdüyümçün rəhi-səhralərə, eyb eyləməyin,Əsil divanə gərək səmti-biyaban tutsun.

Vahidəm, naləvi fəryadıma rəhm eylə, gülüm,Qorxuram ki, səni bu naləvü əfğan tutsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri