Dil verməsəydim ol sənəmi-məhliqayə mən,Asudə yerdə düşməz idim min bəlayə mən.

Hər şəb sitarə tək tökərəm əşk didədən,Ta sübh olunca bildirəm halım ol ayə mən.

Şayəd öpəm o mahrüxün xaki-rahini,Düşdüm ayaqlar altına manəndi-sayə mən.

Uydum kəməndi-zülfünə bir ahu gözlünün,Saldım bəlalı başımı yüz min xətayə mən.

Sənsiz günüm qaralsın, əgər qaşların görübBaxsam fələkdə gərdiş edən tazə ayə mən.

Biçarə könlümü geri alsaydım, heç ölmərəm,Zülfün görəndə vermişəm ol dilrübayə mən.

Məhparələrdən, axırı çəkdigmi çəkmişəm,Vahid, inanmaram dəxi hər bivəfayə mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq