El düşdü bütün heyrətə divanəliyimdən
El düşdü bütün heyrətə divanəliyimdən,Sirrin demədim bir kəsə mərdanəliyimdən.
Xakistəri-eşqəm, mənə təhqir ilə baxma,Min gənc çıxar zahirə viranəliyimdən.
Məcnun kimi mən barigəhi-eşqi bəyəndim,Keçdim bu təmənna ilə şahənəliyimdən.
Məxmur gözün fikri ilə badə çox içdim,Bir kimsə zərər görmədi məstanəliyimdən.
Hər lalərüxün şəm kimi eşqinə yandım,Bir ləhzə xəbər tutmadı pərvanəliyimdən.
Divaneyi-eşq olmağa hər kim həvəs etsə,Əvvəlcə gərək dərs ala rindanəliyimdən.
Vahid, mən o xakəm, yenə meyxanədə bir günBir zövq yetər aləmə peymanəliyimdən.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-el-dusdu-butun-heyrete-divaneliyimden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər kim mənə zülm eyləsə, ey gül, zərər eylər,Bir gün sənə də naleyi-zarım əsər eylər.
Qaşların tiği, gülüm, almaq üçün can istərQaşların tiği, gülüm, almaq üçün can istər,Tökməyə dəhrdə nahaq yerə min qan istər.
Könlüm quşu, ey gül, səni şamü səhər istərKönlüm quşu, ey gül, səni şamü səhər istər,Bülbül necə gülşəndə gülü tazə-tər istər.
Musiqi nəşəsi min sevgili cananə dəyər.Musiqi nəşəsi min sevgili cananə dəyər.Əsəri-naleyi-ney arif üçün canə dəyər.
Başqa şairlərin şeirləri · Eşq
Sən üzündən aləmi rövşən qılıb saldın niqab,Yazıya salsın bu gündən böylə nurin afitab.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Bir namə yazaramBir namə yazaram canan elinəƏhvalım canana yetişərmola?