Könlüm quşu, ey gül, səni şamü səhər istər
Könlüm quşu, ey gül, səni şamü səhər istər,Bülbül necə gülşəndə gülü tazə-tər istər.
Aşüftə qılıb könlümü zülfün kimi, getdin,Məşuqə məgər aşiqini xuni-cigər istər?
Dur mahə bərabər, götür ol zülfünü üzdən,Rüxsarını görməkliyi şəmsü qəmər istər.
Ver izn, doyunca öpüm, ol ləli-ləbindən,Könlüm quşu tuti kimi şəhdü şəkər istər.
Eşq atəşinə dözmədi Məcnun da mənimtək,Bu mərəkeyi-eşq, həqiqət, hünər istər!
Uymazdım onun eşqinə, bilsəydim əzəldən,Biganələri məndən o gül bixəbər istər.
Gözlə, bu gözəl şerləri, Vahid, itirmə,Səndən gələcək nəsl gözəl bir əsər istər.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-konlum-qusu-ey-gul-seni-samu-seher-ister
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəlim, sən görən ol aşiqi-nalan deyiləm,O xumar gözlərə bundan sora heyran deyiləm.
Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.
Tale mənə yar olmasa, mən neyləyə billəm?Tale mənə yar olmasa, mən neyləyə billəm?Zövqümcə nigar olmasa, mən neyləyə billəm?
Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.Salan nəzərdən o çeşmi-xumarı mən özüməm.
Başqa şairlərin şeirləri · Eşq
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Eşq əhli bu afaqda rüsva gərək olsunEşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,