Musiqi nəşəsi min sevgili cananə dəyər.
Musiqi nəşəsi min sevgili cananə dəyər.Əsəri-naleyi-ney arif üçün canə dəyər.
Musiqi əhlinə insaf ilə qiymət qoymaqLəhni-Davud ilə min təxti-Süleymanə dəyər.
Bixəbərlər nə bilir, ləhceyi-xanəndə nədir,Əhli-hal olsa bu söz qədrdə milyanə dəyər.
Pərdeyi-qəm dağıdır tarə dəyəndə mizrab,Türreyi-dilbərə hərdən necə ki şanə dəyər.
Musiqilə ola hər xəstəyə aləmdə əlac,Bu təbabət yenə min çareyi-Loğmanə dəyər.
Bizə bu elm haram olmuş idi keçmişdə,Yəni şeytan işidir, rəxnəsi iymanə dəyər.
Yaşasın qırmızı şöhrətli Sovet qanunu,Bu səxavət neçə min Hatəmi-dövranə dəyər.
Qıldı hər yerdə bina musiqi məktəblərini,Nəğmənin faidəsi indi hər insanə dəyər.
Xalqımız musiqi elmin oxuyur hər yerdə,Ölkəmizçün bu şərəf mehri-dirəxşanə dəyər.
Musiqilə məni dəfn eyləsələr, Vahid, əgər,Qəbrimin torpağı min rövzeyi-rizvanə dəyər.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-musiqi-nesesi-min-sevgili-canane-deyer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gərçi məhəbbət aləminin çox səfası var,Hər qarə zülfə meyl edənin min bəlası var.
Fəxr eyləmə, ey bülbüli-şeyda, çəmənim varFəxr eyləmə, ey bülbüli-şeyda, çəmənim var,Qoy fəxr eləyim mən ki, gözəl bir Vətənim var!
Ey gül, mənə hər cövr eləyirsən, xəbərim varEy gül, mənə hər cövr eləyirsən, xəbərim var,Bir gün yaxar axır səni ahım, səhərim var!
Təmənna et, gülüm, verrəm, yolunda nəqd canım varTəmənna et, gülüm, verrəm, yolunda nəqd canım var,Əgər bülbül deyilsəm, ondan artıq min fəğanım var.
Başqa şairlərin şeirləri · Eşq
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.