Gərçi məhəbbət aləminin çox səfası var
Gərçi məhəbbət aləminin çox səfası var,Hər qarə zülfə meyl edənin min bəlası var.
Aşiq şikayət eyləməz, hər cövrə səbr edər,Pərvanə sanma, atəşə yansa, nəvası var.
Hər aşinayə söyləmək olmaz, vəfası yox,Çək imtahanə, bəlkə, bir əhli-vəfası var.
Qoyma qədəm, diyari-məhəbbət bəlalıdır,Nə ibtidası var, nə də ki, intəhası var.
Səbr ilə gün keçirə gərək əhli-eşq olan,Hər dərd olursa, axırı bir gün dəvası var.
Bir daş ürəkli dilbərə çoxdan vurulmuşam,Nə rəhmi var, nə dostluğu var, nə ədası var.
Şairlər içrə sanma, hünərsizdi Vahidi,Vahid nə olsa da yenə, bil, iddiası var!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gerci-mehebbet-aleminin-cox-sefasi-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey sənəmi-türreyi-pürpiç tab,Kimsədə yox zərrəcə hicrində tab.
MinacatEy mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!
Gözün aydınQəflətdən ayıl, Molla Süleyman, gözün aydın,Çatmış ramazan, yatma, ay oğlan, gözün aydın!
Şuradan əlim çıxdı...Şuradan əlim çıxdı, lap oldum evi bərbad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.
Başqa şairlərin şeirləri · Eşq
Təzə ili tək keçirdim,yuxuma gecə sən gəldin.
Yavaş-yavaşMinib eşqin səməndini çaparam yavaş-yavaş,Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş.
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,