Gələn birdir, gedən birdir, qalan bir,Gələn qalmaz, gedən gəlməz, əcəb sir.

Bir əvvəl var, bir axir var deyillər,Bu bir sözdür, nə əvvəl var, nə axir.

Açar min məclisi-bazi dəmadəm,Tamaşayə qurulmuşdur bu çadir.

Məali-küfrü imandən xəbər yox,Nə fərq eylər bu mömindir, o kafir.

Tərazi-xaməsindən tük yayınmaz,Təaləllah, əcəb ustadi-mahir.

Yaman getdi cavanlıq, mən qocaldım,Pəri kuyində bir div oldu zahir.

Nə hasil zurü zərdən cüz təəssüf,Driğa, gənci-Xosrov, cəngi-Nadir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şükuhi ölməyincə bu tilsimiDeyil sındırmağa bir kimsə qadir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri