Hər şeyi təzədən başlayaq gəlin
Hər şeyi təzədən başlayaq gəlin,Ömrün anını da, saatını da,Pyedestal üstdəki məğrur heykəlinHələ tunc olmamış həyatını da.
Təzədən başlayaq itən illəri,Dostu, düşməni də təzədən seçək.Meridianları, paralelləriTəzədən adlayaq, təzədən keçək.
On səkkiz yaşına girənlər kimiBəyənək təzədən, sevək təzədən,Əqidə yolunda bir əsgər kimiHəyatı başlayaq mübarizədən.
Nəğmədə səslənən saxta xal kimiMənasız ötüşən günlərimiz var.Yaxşı köklənməsə tarın bir simiƏn gözəl musiqi xaric çalınar.
Gəlin özümüzü, xislətimiziTəzədən dərk edək, təzədən duyaq,Bizi sərməst edən şöhrətimiziUrvatsız ölütək məzara qoyaq.
Əsiri olmuşuq cılız hisslərin,Tiri seçməmişik öz gözümüzdə,Söyüb qarasına ürəksizlərinÜrəksiz olmuşuq biz özümüz də.
Tərsinə çevrilmiş dürbindən baxaqKeçib gəldiyimiz bu ömrə, günə,Çəkilib uzaqdan baxanda ancaqHər insan özünə aydın görünər.
Ömrün azlığıdır bizə göz dağı,Ömrün qısalığı bizi əyibdir.
Səməndər quşunun odda yanmağıOna neçə həyat bəxş eləyibdir.
Yanıb külə dönür səməndər quşu,Külündən yaranır yeni səməndər.Ömrün boş günləri, hədər olmuşu,Yenidən yaşansa yüz ömrə dəyər.
Başlayaq, hələ ki nəfəsimiz var,Yanaq, təzələnək, solaq, cücərək.Təzədən sınansın mərdlik, etibar,Təzə vurğularla döyünsün ürək.
Qoy güzgüsü olsun yaşanmış illərTəzə başlanacaq eşqin, əməlin.Qoy bizi təzədən sınasın ellər,Hər şeyi təzədən başlayaq gəlin.
Fevral, 1978
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-her-seyi-tezeden-baslayaq-gelin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qərib bir durnayam, ay dost, qatardan ayrı düşdüm mən,Qəfil güllə cüda saldı məni ulduzlu göylərdən.
BuludlarNə sərhəd bilirsiniz,Nə qış, nə yay, buludlar!
Qar yağırGülür insanların üzü, ürəyi –Bakıya qar yağır.
YarpaqlarSeyr edib sən bu payız çağlarını,Demə məhv oldu yaşıl yarpaqlar;