Qar yağır
Gülür insanların üzü, ürəyi –Bakıya qar yağır.Bu gün qar yağır.Sanki nəhəng bir əl nəhəng inəyinNəhəng döşlərindən təzə süd sağır.
Cuna örtülüdür evlərin üstü,Hər kolun başında ağ bir papaq var.Fürsət uşaqlara düşüb,ƏlüstüQarı ovuc-ovuc yumrulayırlar.
Yayınıb qartopu atəşlərindənSonatək çığrışır qızlar kənarda.Başqa bir nəfəri seyr edirəm mənO, hirslə, qəzəblə donquldanır da:
“Bu təzə uşaqlar, bu təzə nəsilƏdəbsiz böyüyür görün necə də!Daha da korlanır bunlar ilbəil,Rahatca keçmək də olmur küçədən”.
Onu qınamıram;Bölməyir hər kəsİnsan sevincini, insan qəmini.Mənimtək, sənintək bilməyir hər kəsİnsanın sirr dolu öz aləmini.
Bu qar istəyimiz idi nə vaxtdan,Qış gəlcək biz onu arzulayardıq.Min səda gələrdi ana torpaqdan:“Mənim suyum, dənim, yorğanım qardı”.
Uşaqlar, atmayın, bir an durun siz,“Qəzəbli əmi”yə atmayın qarı.Onun da yerinə məni vurun siz!Atın, mənə atın o ağ topları!
Sevinc gətirirsə bir anlıq sizəQoy hədəf mən olum,Açıqdır sinəm.Sizin fərəh dolu gülüşünüzəBütün bir ömrümü versəm də, nə qəm!
Bu sevinc, bu fərəh əbədi deyil,Bəlkə bir də sabah yağmayacaq qar.Görürəm,Deyəsən, mübah gəlir il,Atın, mənə atın qarı, uşaqlar!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-qar-yagir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yalansız, riyasız, rəngsiz, boyasız, –O gözlər el qoşan dastan kimidir.
MəhəbbətimizÖz doğma ananın gözlərinə baxSən görmək istəsən kədər rəngini.
Hələ ki...Səmaya tuşlanan raketlər kimiQoy çıxsın orbitə məhəbbətimiz.
Mənim nəyim varSözümüz, şerimiz, şeriyyətimizÖlçüyə sığışmaz, hesaba gəlməz,