Səmaya tuşlanan raketlər kimiQoy çıxsın orbitə məhəbbətimiz.Buludsuz açılan bir səhər kimiGörünsün işimiz, təbiətimiz.

Alaq ovcumuza ürəyimizi,Görünsün şəkli də, vurğuları da.Vətən torpağında qalsın izimizBir gün qırılsa da ömür yarıda.

Hələ ki, qara bir mərmərin üstəAdımız qızılla yazılmayıbdır,Onun da yanında eldar şamınıƏkməyə bir çala qazılmayıbdır.

Hələ ki, bizimçün bir qarış torpaqDəmir şəbəkəyə alınmayıbdır.Təsəlli xətrinə dostlar əliyləİçində bir “cənnət” salınmayıbdır.

Hələ ki, deyəndə sağlığımızaKəlisa zəngitək dinir badələr,Hələ ki, şəklimiz yaxalıqlardaSancaqla deşilmir qəmli, mükəddər.

Çatar qüdrətimiz, çatar vaxtımızGünəşdən sərinlik, sudan od alaq.Əzəl şöhrətini AzərbaycanınHünərlə yaşadan bir övlad olaq.

O zaman qara bir mərmərə deyil,Günəşə yazarıq adımızı biz.Ölçüyə sığışmaz, hesaba gəlməzSözümüz, şerimiz, şeriyyətimiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən