Aylar, illər, fəsillər qovsa da bir-birini,Tamam aça bilmirik bu həyatın sirrini.Lap biri sən,biri mən, bunu indi tapmışıq —Sən demə, oxunmamış qalın bir kitabmışıq.Yol gedirik səninlə yanaşı nə zamandı,Vaxt oldu səfərimiz illər boyu uzandı.Biz adi yoldaş olduq yaxın qonşular kimi,Bir-birinə hörməti, ehtiramı var kimi,Gözlərin —adi gözlər,Qaşların –adi qaşlar.Kürəyinə tökülən saçların —adi saçlar.Mənimçün adi idi baxışının mənası,Onlardan yoxdu əsla könlümün təmənnası.Adi bir insan idim mən də sənin yanında,

İtmişdik ikimiz də adilik dumanında.Lakin bu gün dəyişdin gözümdə röya kimi,Sən açıldın qarşımda əsrarlı dünya kimi.Kürəyinə tökülən o xurmayı tellərəƏlim dəydi bilmədən –ürək düşdü yellərə.

Sən demə ki, günəşə əl vurmaq olmazmış heç,Dağ selinin önündə tək durmaq olmazmış heç,Qaynar polad ovuca tökülməzmiş sən demə.Qılınc əllə qanrılıb büküməzmiş sən demə.Sən demə, cərəyantək kül edərmiş qapqaraƏl vuranda çiyninə dağılan o saçlara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri