Sıx buludlar saçaq-saçaq
Sıx buludlar saçaq-saçaq,Yağış səni isladacaq,Gəlmə, gülüm, gəlmə, gülüm,Bu yandan da külək əsdi,Dilə tutma məni, bəsdi,Gəlmə, gülüm, gəlmə, gülüm.
Düzdür, sənsiz darıxıram,Yollarına hey baxıram,Ancaq gəlmə, islanarsan.
Sənə gəlmə deyə-deyəDikilibdir gözüm göyə,Ah, bu yağış, ah, bu leysan!
Əgər gəlsən, deyirəm mən,Bu yağışdan, bu küləkdənQoruyarmı səni çətir?Dilim deyir: gəlmə, gəlmə,Ürəyimi belə bilmə,O deyir: gəl, sevinc gətir!
Yox, yox, gəlmə, qadan alım,Başıaçıq, ayaqyalınMən yanına özüm gəlləm.Özüm gəlləm, əssin külək.Yağış yağsın sellənərək.Lap daşqına düşsün aləm.
Gəlmə, gəlmə... Elə bu anKimsə girir astanadan,Paltarı su, saçları su,Tanıyıram gələni mən.Bir cüt odlu gözlərindənGörürəm kim olduğunu.– Qadan alım, niyə gəldin?Həsrətimi nədən bildin?Deməli sən beləsənmiş?!Hər tərəf su, sən bir ada,Necə gəldin bu havada?Sən məndən də dəlisənmiş!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-six-buludlar-sacaq-sacaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Salıbdır daneyi-xalın könüllər quşuna çinə,Xəbər düşdü bu mə’nidən Xətavü Rum ilə Çinə.
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Mən dərya könüllü Xaqaniyəm kiBuludum Günəştək ildırım çaxar.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı