در غمم گر جان ز جسم ناتوان آید برون
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
در غمم گر جان ز جسم ناتوان آید برونکی غم آن راحت جانم ز جان آید برون
Qorxuram bu cismi-zarımdan o dəm ki, can çıxa,Ol zaman, ol ləhzədə canan qəmi candan çıxa.
می مده ساقی مکن کاری که ناگه پیش خلقسر لعل او بمستی از زبان آید برون
Vermə, saqi, mey mənə, qorxum budur ki, məst olam,Xalq içində sirri-ləli-dilbər ağzımdan çıxa.
خواستم کآرم خدنگش را برون از استخوانباز ترسیدم که مغز استخوان آید برون
Istədim ta ki, sümükdən mən çəkim peykanını,Ehtiyat etdim oxuyla həm ilik büryan çıxa.
دل ندارد طاقت سوز درونم کاشکیخون شود وز راه چشم خون فشان آید برون
Gəl əyilmiş qəddimə rəhm eylə, ahımdan saqın,Sən rəva görmə kamandan böylə bir peykan çıxa.
بر قد خم گشته ام رحمی بکن ز آهم بترسسرو من مگذار کین تیر از کمان آید برون
Atəşi-canə dəvam etmir bu qəlbim, kaş kim,Qan olub didəm, yolundan qanına qəltan çıxa.
دی برون آمد شدم رسوای عالم اینچنینآه اگر امروز دیگر آنچنان آید برون
Dün çıxarkən seyrə rüsvayi-cahan etmiş məni,Bəs bu gün mən neylərəm naz ilə ol canan çıxa?
Məqtə — şairin təxəllüsü olan son beyt. چون نمودی رخ فضولی را مران از کوی خودبلبل گل دیده از گلشن چه سان آید برون
Məqtə — şairin təxəllüsü olan son beyt. Göstərib rüxsarını qovma Füzulini, gülüm,Gül görən bülbül məhal işdir gülüstandan çıxa.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-337
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cövri-əğyari gərək, şübhəsiz, hər yar çəkə.
Aşiqi-sadiqdə aşiqçün gərək pərva olaTa ki, nə dərdin aça aşiq, nə o rüsva ola.
Başımda üzünün şəmi sevdası olmadıqcaSinəm yanıqlı, könlüm yüz tikə, gözüm yaş deyildi.
Lütf edir bəzən mənə, bəzən edir cövrü cəfaŞuxluğu ol mahin hər dəm eyləyir bir iqtiza.
Başqa şairlərin şeirləri · Eşq
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.