یار از عاشق نمی باید که پروا شود
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
یار از عاشق نمی باید که پروا شودتا نه عاشق درد دل گوید نه او رسوا شود
Aşiqi-sadiqdə aşiqçün gərək pərva ola,Ta ki, nə dərdin aça aşiq, nə o rüsva ola.
ما دهان یار را از غنچه بهتر گفته ایمغنچه هم این حرف خواهد گفت گر گویا شود
Qönçə tay olmaz, demişdim, ağzına cananımın,Qönçə də təsdiq elər bu fikri gər guya ola.
ماه من چون تو ملک خویی پری رخسارهنیست در روی زمین حالا مگر پیدا شود
Ay gözəl, sən tək mələkxislət pəriüzlü hələYer üzündə olmayıb, bəlkə bu gün peyda ola.
میل پنهان تو با من هست عین لطف لیکآه ازان لطفی کزو اظهار استغنا شود
Lütfdür, pünhan da olsa, sevgilim, meylin mənə,Ah, o lütfündən ki, onda zahir istiğna ola.
تو کشیدی تیغ و من صد سیل بگشادم ز چشمشد مقد غالبا عالم خراب از ما شود
Sən qılınc çəkdin, axıtdın gözlərim seylin, odur.Bizdəki birlik xərab eylər əgər dünya ola.
پر غم او شد دل از ناصح مرا سودی نماندغم مگر بیرون شود تا پند او را جا شود
Fayda verməz heç nəsihət dərdlə dolmuş könlümə,Pənd əsər eylərmi, naseh, dildə gər sevda ola?
Məqtə — şairin təxəllüsü olan son beyt. پیش بی دردان فضولی سر بپای او منهاحتیاطی کن مبادا فتنه بر پا شود
Məqtə — şairin təxəllüsü olan son beyt. Qoyma cananın ayağına, Füzuli, başını,Ehtiyat eylə, məbada fitnələr bərpa ola.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-173
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mən çəlik ürəkli bir yeni gəncim,Dildən-dilə düşmüş hekayətim var.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,