Şair qardaşıma məktub
Qoy söyləyim ürəyimin sözünü,Bir kərə də görməmişəm üzünü,Nigaranam, yetir mənə özünüMəhəbbətin bağrımdadır, Şəhriyar,Mənim ürək ağrımdadır, Şəhriyar.
Kim deyir ki, ünvanımız ayrıdır,Nə adımız, nə sanımız ayrıdır,Nə canımız, nə qanımız ayrıdır,Ürək birdir, bədən birdir, Şəhriyar,Vətən birdir, vətən birdir, Şəhriyar.
Havaları nə gözəlmiş bu yazın,Araz üstdən çatdı mənə avazın,Yarı canım bu tayında Arazın,Yarı canım yanındadır, Şəhriyar,Şerin, sözün ətir dadır, Şəhriyar.
Gülşənlərdə çiçəkləri dindirən,Gözəlləri, göyçəkləri dindirən,Sevgi dolu ürəkləri dindirən“Heydərbaba”n nə gözəldir, Şəhriyar,Nə qəsidə, nə qəzəldir, Şəhriyar.
Hər canlıdan sənə bu can yaxındır,Uzaq deyil yol ki, yaman yaxındır,Qaşla gözün arasından yaxındır,Gəl-gəl deyir sonbeşiyim, Şəhriyar,Qurban sənə ev-eşiyim, Şəhriyar.
Hicran odu sinəmizi yaxdı, gəl,Səndən ötrü ürəyimiz axdı, gəl,İstəyirsən əncir-üzüm vaxtı gəlMəclislərdə başda otur, Şəhriyar,Ürəyimdə arzum budur, Şəhriyar.
Gəl qəmləri küləklərə verim, gəl,Öz bağımdan sənə güllər dərim, gəl,Sən məni gör, mən də səni görüm, gəl,Demə ömür xəzansızdır, Şəhriyar,Əcəl yaman amansızdır, Şəhriyar.
Beşikdəki quş yuxulu körpələr,Dodaqları süd qoxulu körpələr,Babaları dağdan ulu körpələrBizi əvəz edəcəklər, Şəhriyar,Yolumuzla gedəcəklər, Şəhriyar.
Qoy bir də qan çilənməsin torpağa,Yer üzündə nə qul olsun, nə ağa,Şənlik qursun Təbriz, Mərənd, MarağaDilə gəlsin kamanımız, Şəhriyar,Belə keçsin dövranımız, Şəhriyar.
Gəl Bakıya bağım-bağçam güləndə,Bircə ovuc torpaq gətir gələndə.Dostlar qatsın torpağıma öləndə,Bəlkə onda kama çatam, Şəhriyar,Son mənzildə rahat yatam, Şəhriyar!!
18 may 1968
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-sair-qardasima-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Elə ki, güldü sənin bəxtinə dövran, Gəncə,Hər yerin, hər bucağın oldu gülüstan, Gəncə.
Vəfalı mənəmBilən bilir ki, məhəbbətdə haqq sədalı mənəmGözəl zəmanəmizin gərdişindən halı mənəm.
AxşamlarQəribəlik görürəm öz-özümdə axşamlar,Sənin adın çəkilir hər sözümdə axşamlar.
Qurban olsunSevgilim, məclisə gəl, can sənə qurban olsun,Könül hicrində pərişan sənə qurban olsun.
Başqa şairlərin şeirləri · Vətən
Qədim Ərdəbilin sinəsi üstdə,Günbəzi qızılı bir məqbərə var.
NədirAhü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
TəbrizinGör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!