Gəlin, sözə uşaqlar,söyləyim bir hekayət:Dozanqurdu edirdiyalqızlıqdan şikayət.Soğan qabıqlarındanbir çadra tikdi, şıq-şıq.Fındıq qabıqlarındançarıq geyindi, tıq-tıq.Ətir vurdu başına,bəzək verdi özünə;Qara yaxdı qaşına,sürmə çəkdi gözünə.Naz ilə yavaş-yavaş,yola düzəldi birbaş.Çöl-çəməni gəzirdi,axtarırdı bir yoldaş...

Göy təpənin döşündəoturmuşdu bir çoban.Dedi: – A dozanqurdu,hara gedirsən? Dayan!Dozanqurdu çevirdiqara, muncuq başını,Acıqlanıb dayandı,oynatdı göz-qaşını,Dedi: – Ehey, ay çoban,bir yaxşı aç gözünü,Bax, gör kiməm, anla birsöylədiyin sözünü!Mənə eldə-obadaTıq-tıq xanım deyərlər.Bir az düşünüb danış,kobud olma bu qədər.Çoban dedi: – Bağışla,qurban o şirin dilə.Tıq-tıq xanım, de görüm,hara gedirsən belə?Tıq-tıq xanım oynatdıQara, muncuq başını,Gözlərini süzərək,çatdı qara qaşını,Dedi: – Çoban, bağışla,ömürlər çox gödəkdir;Bu çöllərdə yalqızam,mənə yoldaş gərəkdir.Çoban yanaşdı ona,söylədi: – Ay qaraqaş,Bu ellərdə tapılmazmənim kimi bir yoldaş.Gəl burda qal dost kimi,səni tutaram əziz.Ağzıma bir tikə də,inan, qoymaram sənsiz.Tıq-tıq xanım söylədi:– Acıqlandırsam səni,Doğru söylə, ay çoban,nəylə döyərsən məni?Çoban qapdı çomağı,Dedi: – bununla, bir bax...

Dozanqurdu qorxudanqaçdı tez ordan uzaq...Getdi... getdi...bu dəfətülküyə oldu düçar.Tülkü dedi: – Bir dayan,dozanqurdu, sözüm var!Gəlin kimi özünəvurub yaraşıq, bəzək,Hara gedirsən belə?Durma, söylə, a göyçək!Dozanqurdu çevirdiqara, muncuq başını,Acıqlı bir tövr iləoynatdı göz-qaşınıDedi: – Nə söyləyirsən?Gözlərini yaxşı sil!Diqqətlə bax, gör kiməm?Danışdığın sözü bil!El bilir, ölkə bilir,Tıq-tıq xanımdır adım!..Tülkü dedi: – Ay xanım,bağışla, tanımadım.Adını bilməyirdim,xanım, bağışla məni;Dilim-ağzım qurusun,yaman incitdim səni.Ay Tıq-tıq, şıq-şıq xanım,hara gedirsən belə?Gəl bu tülkü lələninigaran qoyma, söylə!Tıq-tıq dedi: – A tülkü,ömürlər çox gödəkdir,Bu çöllərdə yalqızam,mənə yoldaş gərəkdir.Tülkü dadlı dil iləsöylədi: – Ay qaraqaş,Bu ellərdə tapılmazmənim kimi bir yoldaş.– Çox gözəl, bir sözüm var,durma, başa sal məni.Məni nəylə döyərsənacıqlandırsam səni?Tülkü dedi: – Salaramsəni iti dişimə,Çeynəyərəm, didərəm,gedərəm öz işimə...Dozanqurdu bu sözdəndiksinərək, qorxaraq,Çadrasını yelləyibqaçdı tez ordan uzaq...Tıq-tıq xanım gedirdiarxasına baxmadan;Birdən onun yolunukəsdi bığlı bir siçan.Qarşısında şöngədi,qulağını diklədi.Şirin-şirin dil açdı,ona belə söylədi:– Saçı uzun Suray xanım,Boynu uzun Buray xanım,Sığal verib qara telə,Hara gedirsən belə?Bu söz ona xoş gəldi,açdı tez yaşmağını,Çadrasını yellətdi,oynatdı başmağını,Dedi: – Yalqızlıq sıxırməni, gözüm Siçan bəy!Özümə layiq yoldaşaxtarıb tapam gərək!Siçan dedi: – Mən kimiyaxşı yoldaş tapılmaz;Gəl bir yerdə yaşayaq,damağı çağ, kefi saz.Dedi: – Sənə sözüm yox,ancaq başa sal məni,Söylə, nəylə döyərsənacıqlandırsam səni?Siçan dedi: – Yavaşcaquyruğumu bükərəm,O incə göz-qaşınaqara sürmə çəkərəm.Tıq-tıq xanım çadranıyellətdi çox sevincək,Söylədi: – Bu şərtə mənrazıyam, di, gəl gedək!Tez verdilər əl-ələ,yoldan iraq keçdilər;Siçanın daxmasındabir ay yeyib içdilər.Bir gün Siçan bəy dedi:– Ay Tıq-tıq, şıq-şıq xanım,Mənim gözəl yoldaşım,mənim ciyərim, canım!Bu gün xanın evindətoy var, dadlı yemək var,Şəkər, noğul, qatlama,fətir, yağlı çörək var.Sən yuvadan çıxma ha,mən gələnədək, dayan...Tıq-tıq razılıq verdi...düzəldi yola siçan.Sevincək, xan evinəgedirdi yorğa-yorğa.Saraya yetişincə,sıxıldı bir bucağa.Qatlamanı, noğuluxırt-xırt ilə yeyirdi;Bığlarını silərək,öz-özünə deyirdi:“Tıq-tıq xanım yalqızdır,onsuz haramdır yemək,Bu noğuldan, şəkərdənona aparım gərək!..”

Dozanqurdu yuvadayalqız qalıb darıxdı.Həm də bir az susuzdu,durdu, yuvadan çıxdı.Gəldi bir yol ağzına,baxdı o yan-bu yana;Bir çuxurda su görübTıq-tıq yanaşdı ona.Əyilib su içəndə,birdən düşdü çuxura,Gördü ki, lap boğulur,əl atdı ora-bura.Sudan çıxa bilmədi,bağırdı: – Ay-vay, kömək!..Ancaq onun səsinieşitmədi Siçan bəy...Gördü gəlir atlılar,şirin söhbət edirlər;Batıb qızıl-gümüşə,xan evinə gedirlər,Çuxurda, su içindəonun halı ağırdı,Birdən uca səs iləatlıları çağırdı:– Tarap-turup atlılar,Atları qanadlılar!Xan evinə gedərsiz,Siçan bəyə deyərsiz:Saçı uzun Suray xanım,Boynu uzun Buray xanımDüşübdü su çuxuruna,Tez özünü yetir ona!Atlılar hər tərəfədurub diqqət etdilər,Görmədilər bir nəfər,yola düşüb getdilər.Xan evinə çatınca,hamı atından endi;Doluşdular saraya,xan məclisi şənləndi.Hörmət ilə oturduhamı qızıl kürsüyə,Qonaqlardan birisi:– heyrətli işdir, – deyə,Söylədi: – Biz bir yolunqırağından keçərkən,Bu sözləri söyləyənbir səs eşitdik birdən:“Tarap-turup atlılar,Atları qanadlılar!Xan evinə gedərsiz,Siçan bəyə deyərsiz:Saçı uzun Suray xanımBoynu uzun Buray xanımDüşübdü su çuxuruna,Tez özünü yetir ona!”Baxdıq o yan-bu yana,diqqət etdik nə qədər,Çox heyrətli bir işdir,görünmədi bir nəfər...

Eşidincə bu sözü,Siçan qalxdı yerindən,Dedi: “Tıq-tıq xanımakömək etməliyəm mən”.Atdı noğul, şəkəri,tez çıxdı o, saraydan;Tıq-tıq xanıma tərəfyorğalayırdı Siçan...Yuvasına çatınca,yaxından bir səs gəldi;Bu səs onun bağrınıbir xəncər kimi dəldi.Bildi Tıq-tıq xanımdır,boğulurkən bağırır,Öz dostunu dar gündəharayına çağırır.Tez səsinə səs verdi,o tərəfə yüyürdüBir kiçik gölməçəyəyetişincə, nə gördü:Tıq-tıq xanım çuxurdaboğulur, əl-qol atır;Gah çıxır su üzünə,gah birdən-birə batır...Bunu gördü, Siçanındərdi başından aşdı;Yüyürdü, öz dostunabelə şirin dil açdı:– Əlini mənə, bəstərəcik!– Yox, mən səndən küstərəcik...– Əlini mənə, bəstərəcik!– Yox, mən səndən küstərəcik...– Əlini mənə, bəstərəcik!– Yox, mən səndən küstərəcik...– Küstərəcik ha, küstərəcik,Bir daş üstündən əndərəcik!Daşı vurdu başına,bir az qəmləndi... yenəToy noğulu yeməkçinqayıtdı xan evinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri