Savaş
Köçəri həyatından
Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana,Alaçıqlar muncuq kimi düzülmüşdü yan-yana.Göy üzündə şux ulduzlar şən-şən oynar, axardı,Vərəm almış gəlin kimi ay da solğun baxardı.Sağılmışdı sürü, naxır, çatılmışdı ocaqlar,Süd bişirdi, səs-səmir yox, heyvan güdən uşaqlarBir təpənin ətəyində od qalayıb isinir.Qara qoçdan, boz buğadan, təpəl kəldən arabirSöz açaraq hər birini öyür onlardan biri,Sonra şənlik, oyun səsi bürüyür o çölləri.Ağıllarda quzu, oğlaq, buzov qəmli mələşir,Orda-burda yorğun itlər yarımağız hürüşür.Alaçığın arxasında halqa vurmuş kəndlilər,Toplanaraq hər biri öz gəncliyindən bəhs edər.Qız-gəlinlər lalə kimi qızarır bir təpədə,Onlardakı kef, nəşədən ulduzlar düşmüş dərdə.Gizli-gizli bir-birinə gözlərini qırparlar,Qibtə edər kimi göydən yer üzünə baxarlar.Yaşıl yurda sanki göydən pərilər nur sağardı,Fəzalarda əriyərək damcı-damcı yağardı.Dağ və meşə çiçəkləri onu əmər kimiydi.Təbiətin gizli, dərin əsrarını bax indiOrtalığa açacaqmış sanki bir ülvi qüdrət,Hər tərəf göz-qulaq olmuş, hər şeyi almış heyrət.Elə bu vaxt alaçıqdan bir boz kölgə fırladı.– Quduz dəymiş, itil! – dedi, “Şıraq!” – bir səs gurladı.Sonra isə bir köpəkcik zingildəyib bağırdı.Sanki bütün yurd xalqını imdadına çağırdı.– Ox, Alabaş! Kimdir vuran?– Süd içirdi, vurdum mən!– Sənmi vurdun? İt vurulmaz! – “Şıraq” – Get bir də öyrən!Səs-küy qopdu, bir-birinə dəydi titrək kölgələr,Bir az sonra o ortalıq kəsilmişdi bir məhşər.Şıraq, şıraq... çomaq səsi, şillə, yumruq, ah, şivən.Təbiət də şaşırmışdı bu dəhşətli səs-küydən.Yerdən, göydən çomaq, mizraq üst-üstündən yağırdı.İnsanların yaşadığı ilk dövrü andırırdı.Köpək səsi, insan səsi qarışmış bir-birinə...Bir az sonra təbiətə sükut çökmüşdü yenə.Dalğın-dalğın yuxlayırdı hər yan, yalnız arabirÇadırlardan acı, həzin iniltilər yüksəlir,Göy üzündə şux ulduzlar yenə şən-şən axırdı.Gözlərinə yuxu girmiş xəstə ay da baxırdı.Uzaqda bir tütək səsi yana-yana inlərdi,Mürgüləyən təbiətə qəmli layla söylərdi.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-savas
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.
Dördüncü fəsilIBazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:
Beşinci fəsilITətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:
Altıncı fəsilIIAslan bəy böyük oğlu Varisi realnıməktəbə vermişdi. Varis aşağı siniflərdə ciddi və istedadlı bir şagird kimi görünürdü. Böyüyüb yuxarı siniflərə keçdikcə ildən-ilə dəyişirdi. Yalnız təbiətində deyil, vücud və simasında belə bir dəyişiklik əmələ gəlmişdi. O çox ərköyün böyüdüyündən tərbiyəsi və əxlaqı gündən-günə pozulurdu. Öz sinif yoldaşı Şamilin və onun kimi yoxsul tələbələrin başına bir bəla kəsilmişdi. Onları hər gün, hər saat təhqir edir və bundan böyük zövq alırdı.
Başqa şairlərin şeirləri
چون سر زلفت وجودش مو به مو سودا گرفت
KapitalHər zaman qəlbimi bir qüvvə əzir, parçalayır,O mənim sinəmin üstündə ocaqlar qalayır.
İmirlu Əmir Aslan haqqında söylədiyi həcvAğlının qan Cavanşir Əmir Aslan gəlirMərd ü mərdanə olub azim meydan gəlir
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır