Şərq gözəlinə
Şəfəqlər sökərkən öpüşlərindənYaranmış al, incə yanağın sənin!Çiçəklər açarkən gülüşlərindənDoğmuşdur o qönçə dodağın sənin!
Göylərdə ulduzlar oynar, uçarkən,Yamacda ceyranlar ürküb qaçarkən,Qaranlıq gecələr sövda saçarkən,Doğmuş zülfün, gözün, buxağın sənin!
Hər səhər saçını nəsimlər darar,Üzünü, gözünü şəfəqlər yuyar,Alnını aydınlıq öpərək oxşar,Gözəllik suyudur bulağın sənin.Pərilərdən sordum – çiçək, dedilər,Çiçəklərdən sordum – mələk, dedilər,Ay, ulduz, ülkərdir gərək – dedilər,Nəsən, heç verən yox sorağın sənin!Çocuqkən eşitdim: – Qoca nənələr,Aşıqlar, igidlər, yaşlı dədələr,Odlu dillər töküb nəql edər, söylər –Divlərin dizləri otrağın sənin!
Bir zaman olmuşdun Şərqin əsiri,Şimdi çeynər səni Qərbin zənciri,Ey adaxlısına həsrətli pəri,Qalx, gətir, nerdə al duvağın sənin!
Həsrətli qəlbində kinlər bəslənir,Köksündə intiqam odu səslənir,Qiyam et, hazırlan, nişanlın gəlir,Al duvağın, şanlı bayrağın sənin!
Qalx, qiyam eylə ey Şərqin gözəli,Qır səni inlədən o kirli əli,Çoxdandır səni mən şən görmiyəli,Parlasın o qızğın ocağın sənin!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-serq-gozeline
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!Atəşdə yox o suz ki, bu qəlbü təndə var!
Könlüm etmiş o ləbü ləlinə ey yar həvəsKönlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs,Gözəlim, çünki qonar şəhdü şəkər üstə məkəs.
Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəmCiqqeyi-hüsnümü başımda bu gün yan edəcəm!Minəcəm naz atına, ərsədə cövlan edəcəm!
Ahu baxışlı bir qızFüsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.
Mənim ol, suvlu yarım gəldi xoşdurMənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.