Unudulmuş parçalar
Bağrımı qan eyləmiş ay üzlü bir gül yanaq,
Mən ölməsəm, vüsalı nəsibim olmayacaq.
Bəlkə dodaq-dodağa öpüşəydim onunla,
Kuzəgər torpağımdan yapsaydı tazə bardaq.
Mən hər zaman dənizlərin daşğın, coşqun sularında,
Öyrənirəm çarpışmağı yeni həyat yollarında.
Göstərdiyim hünər, qüvvət azmı şeydir? Sanma qolay,
İnan, qorxmam, dünya mənə qarşı çıxsa alay-alay.
Bilirəm ki, iradəm var,
Əzmim hər qüvvəti yıxar!
Mən əsəbi dalğayam ki, yüksəlirəm bir dağ kimi,
Ən sarsılmaz qüvvətləri oynadıram yarpaq kimi.
Dalğalardan bac alıram, əzmim mənə baş əyəndə,
Martı kimi yüksəlirəm fırtınalar göbəyində.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-unudulmus-parcalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İki pərdəli uşaqlara məxsus dramMəclisəhli
Birinci pərdəƏhvalat padşahın sarayında vaqe olur.*Xidmətçi**. Şahzadə xanımın əhvalı necədir?
İkinci pərdəSəhnə şahzadə xanımın yataq otağını təsvir edir. Burğulu miz üstündə, üzündə ağ tül*kiçik bir qız oturubdur. Şahzadə xanım yuxudan oyanır.*
EloğluDörd pərdəli, bir şəkilli dramİştirak edənlər
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
QaralanmışamQoca baba, heç soruşma halımı,Şahindim, köksümdən yaralanmışam.
Qəzəl: Gülzari-məlahətdə gözüm bir gülə düşdüGülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.