İrax səndən necə giryan bolayım,Ğəmindən bisər üsaman bolayım.

Sənin yadın bilə divanələr tək,Biyabanə düşüb üryan bolayım.

Qapunda surəti-divar yanlıq,Durub surətünə heyran bolayım.

Şikar əzminə tərkeş bağlayıbsan,İlahi mən sana qurban bolayım.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nola qul Kişvəri tək eşigində,Kəminə bəndeyi-dərban bolayım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri