Gəl ki, göydürdi məni daği-cüdalıq, dustum,Aşina bol kim, yetər naşinalıq, dustum.

Qıldınız çün sürmeyi-naz ilə çeşminni siyah,Qoyma yüzün üzrə xal-bivəfalıq, dustum.

Gözlərün bimardur, bəs içərlər qanımı?Dirə ol kafirlərə ta nigar səfalıq, dustum.

Sən ki, xublar padişahisən, məni-miskin gəda,Eyb imas kuyində gər qılsam gədalıq, dustum.

Məqtə — şairin təxəllüsü olan son beyt. İtlərünlən həmdəm olsa Kişvəri xoşvəqt irürKim, ğənimətdür dəmi həm padişahlıq, dustum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri