O sənin ürəyindir
İllərcə bu köksümdə solmayan bir çiçək var,O sənin çiçəyindir, o sənin çiçəyindirlGözəllik aləmində gözəllik axtarıram,O sənin diləyindir, o sənin diləyindiri
Ürəyim həsrətində od tutub alışanda,Sevgilim, qorxuram ki, can qalmasın bu canda.Sinəmdə bir sərinlik hiss edirəm bu anda,O sənin biləyindir, o sənin biləyindirl
Yalanın, çirkinliyin girmədiyi bir ev var,Qapısını bir kərə nə boran döyüb, nə qar.Öz aramızda qalsın bu sirr, ey gözəl nigar,O sənin ürəyindir, o sənin ürəyindirl
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-o-senin-ureyindir
← → düymələri ilə keçid, R — təsadüfi şeir