Durnalar, siz deyin, qan qardaşlarımGəlib dərd əlindən zara, deyilmi?Odlar torpağının ürək parçasıArazın o tayı, ora deyilmi?

İnsanlar göz açmır əlindən yasın,Gülləri qaradır baharın, yazın.Qoca ər evinə satılan qızın,Örtüyü günütək qara deyilmi?

Süleyman, bağlısan o doğma yerə,Vətənim deyirsən gündə min kərə.Təbriz gözəlindən sənə xatirə,Bağrında sızlayan yara deyilmi?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar