Məhəbbətin aradım zövqünü, səfasını mən,Gözəllərin sınadım əhdinə vəfasını mən.

Səbəb nədir ki, mənim ayrılıq düşüb payıma,Günahsızam, çəkirəm, bəs nəyin cəzasını mən?!

Vəfalıyam, qulağım səsdədir uzun illər,Eşitmək istəyirəm yarımın sədasını mən.

Əzaba, dərdə, qəmə öyrənib sevən ürəyim,Vüsalda görməliyəm dərdimin dəvasını mən.

Süleymanam, gəzirəm hey Araz boyunca yenə,Öz eşqimin yazıram qəmli macərasını mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq