Süleyman dərdi
Məni yandırdı Füzuli kimi hicran dərdi,Uzun illər demədim xalqa bu pünhan dərdi.
Aşiqəm, eşqimi gizlətməyə haqqım yoxdur,Həmdəmimdir gecələr sevgili canan dərdi.
Vurdu, soldurdu xəzan sevgilimin gülşənini,Daşıyır gör necə qəlbində bir ümman dərdi.
Eşqimin hər iki sahildə dərin kökləri var.Yox, deyil dərdimə tay eşqdə Sənan dərdi.
Hardasan, harda, xəyalımdakı təbrizli gözəl,Tək sənin dərdin olub indi Süleyman dərdi?!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-suleyman-derdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məndən
Başına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
چگونه دل نسپارم به صورت تو، نگارا؟که در جمال تو دیدم کمال صنع خدا را
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
AxtarırsanAhu nigah, ay həsrəti xumarın,Dolanıb bağlarda bar axtarırsan.