Könlümdəki arzum, deyirəm, tez başa gəlsin!Hicranla vüsal məclisimə baş-başa gəlsin.

Qış fəsli belə qəm yeməsin nazlı nigarım,Gəlsin, başına gül səpərəm, qoy qışa gəlsin.

Gəzsin, bağımı, bağçamı gözlərdə təbəssümHəsrətlə baxım hüsnünə, qəlbim coşa gəlsin.

Bəxtim kimi nərdtaxtamın üstündəki zərlərBaxsın sözümə, çox demirəm şeş qoşa gəlsin.

Hər kəlmənin üstündə ərit qəlbini, Rüstəm,Çək aləmə car eşqini, şerin xoşa gəlsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq