Mədinə Gülgünə

Gəldi min dilli bahar, könlümə Təbriz düşdü,Güllü, bülbüllü bahar, könlümə Təbriz düşdü.Təbrizin dərdi mənim dərdim olub illərdir,Ordadır, nazlı nigar, könlümə Təbriz düşdü.Çox da dünyada gözəl, adlı şəhər min-mindir,Hər yerin öz yeri var, könlümə Təbriz düşdü.Bacımı, qardaşımı, sevgilimi görməliyəm,Yox, dəyişməz bu qərar, könlümə Təbriz düşdü.Mən Süleyman, Kür – Araz nəğməli şair babayam,Çəkirəm aləmə car, könlümə Təbriz düşdü!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq