Eşqin ürəyimin yarasındadır
Dinlə şairini, təbrizli gözəl,Yenə həsrətinlə alışır sinəm.Tarixi uzundur bu ayrılığın,Əzizdir qəlbimə, doğmadır bu qəm.
Dünyanı versələr etmərəm qəbul,Könlüm vüsalını istəyir ancaq.Səni qul doğmayıb təbrizli anan,Sənindir qan sızan o ana torpaq.
Silkin, qoy dağılsın başının üstdən,Sənə gün verməyən qara buludlar.Torpağın altından boylansın bir-bir,Bahar müjdəçisi çiçəklər, otlar.
Mənə elə gəlir, vüsalın yoluGözümlə gözünün arasındadır.Yox, mümkün deyildir, səni unutmaq,Eşqin ürəyimin yarasındadır!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-esqin-ureyimin-yarasindadir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevginin qədrini bu əsrdə hər kəs bilməz,Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.
Süleyman neyləsin?!Olmasın hicrində bu könlüm, pərişan, neyləsinEtməsin öz canını canana qurban, neyləsin.
GetƏbədidir bu gözəl, ülvi məhəbbət məndə,Məncə, səndədir, əzizim, bu təbiət məndə.
YaddaşVaxt gələndə,Mən öləndə,
Başqa şairlərin şeirləri · Hicran
Romans*Bulud göydən lal keçər,
Müstədam olğıl həmişə, ey gözəl xanım mənimMüstədam olğıl həmişə, ey gözəl xanım mənim,Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.
Ta ki, dərdindən olubdur yürəgim sədparələrTa ki, dərdindən olubdur yürəgim sədparələr,Tiği-eşqin yürəyimin səd həzaran parələr,
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım