Vaxt gələndə,Mən öləndə,Məni Vətən torpağına təntənəsiz basdırın,Sevməyənlər gendə dursun, sevənlər, siz basdırın.Arzum budur məndən sonra ölüm-itim olmasın,Dostlarımın qəlbi qəmlə, gözü yaşla dolmasın.Həyat daha gözəlləşsin, gülsün bağlar, bağçalar,Ruhum gəzsin çiçəklərlə əldən-ələ hər bahar.Namərd ölüm qapı-qapı dolaşmaqdan usansın,Dünyamıza məna verən insan ömrü uzansın.Ulduzlara gedib-gəlsin peykimizin karvanı,Al bayraqlar öpsün bütün dünyanı.Xəzərimin dalğaları xatırlatsın şerimi,Sahildəki gözəllərə gül tək atsın şerimi.Əzəmətli doğma Bakım min qat qəşəng görünsün,Körpələrin baxışları şəfəqlərə bürünsün.Öz qəlbində gəzdirərək qəlbimdəki odumu,Başdaşıma o tək balam yazsın mənim adımı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar