Bir nankora

Bir güzgüyə bax gör ki, günü ağlı deyilsən,Öz yurduna, öz millətinə bağlı deyilsən.Çoxdan qara qəlbindəki gənclik odu sönmüş,Gəncəm deyə fəxr etmə, bahar çağlı deyilsən.Xəlvətdə müqəddəs vətən ünvanına heç vaxtBir güldən ağır söz deməyə haqlı deyilsən.Ey ömrü xəzan, bir daha söz acma bahardan,Sən can evi gül bağçalı, gül bağlı deyilsən.Dərviş kimi cövlan edib hər yerdə öyünmə,Sən ki, yolu düz qırmızı bayraqlı deyilsən.Əfsus, uzun illər boyu hicrində CənubunRüstəm kimi sən bağrı yara dağlı deyilsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar