Görüb rəngi solmuş gül yarpağını,Dünən bir kitabın arasında mən.Təbrizli bacımın dərdini duydum,Yanan ürəyimin yarasında mən!

Ürək sözlərini deyərək əzəl,O gülü vermişdi mənə o gözəl.Durur göz önümdə yenə o gözəl,Olsam da dünyanın harasında mən!

Ona havadaram ömrüm uzunu,Yox, darda qoymaram anam qızını!Görürəm bəxtinin dan ulduzunuAğlar gözlərinin qarasında mən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar