Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər,Olacaqmı bitə hicran, gülə nurani səhər?!
Bir ömürdür çəkirəm nalə ömür yazında,Bəlkə tutsun ürəyimdən o gözəl yar xəbər.
Aman ey badi-səba, sal yada bu halımı sən,Ol vəfasız yarımın kuyinə gər düşsə güzər.
Sevginin ovlağı çox qorxulu bir sahə tutur,Orda qartalı vurar bircə oxu ilə nəzər.
Düşdü töhmət toruna qəlbimiz, ey yar gərək,Zülfün olsun bizə rəhbər ki, keçə bəlkə xətər.
Təkyə verdimsə yarın zülfünə, zahid, qınama,Sevginin yorğunuyam, başqa xəyal etmə hədər.
Ol xumar gözlə üzün əldən alıb taqətimi,Çıxmaz eşqin ürəyimdən də çalışsam nə qədər.
Nuh kimi kuyinə düşsəm o sitəmkar gözəlin,Qorxuram göz yaşın axır məni siylaba verər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qüdsi, ömründə tutub guşeyi-ismət daim,Qanı axsın hədərə çıxsa bu ismətdən əgər.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-bu-qaranliq-gece-yareb-cekecekdir-ne-qeder
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yadımda deyildir nə vaxt və kimdən,Belə bir hekayət eşitmişəm mən:
Hikmətin fəzilətiQədim bir kitabda verilmiş xəbər-İranda bir həkim varmış mötəbər.
KələkbazlıqMisirdə bir nəfər Rinud kəndindən,Gedib bir şəhərdə sərbəst gəzərkən,
Məlamət əlamətiÇox gözəl hekayət yadıma düşdü,Ya da bir şikayət yadıma düşdü.
Başqa şairlərin şeirləri · Eşq
Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
AyrıNiyə məni dərdi-hicran,Öldürür ol yardan ayrı.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?