Məlamət əlaməti
Çox gözəl hekayət yadıma düşdü,Ya da bir şikayət yadıma düşdü.Bir fəqir, gələrək yüz ahü zara,Şikayət edərək bir hökmdara.Dedi ki, bu kənddə var bir bostanım,Onunla dolanır bil, xanimanım.Qonşunun camışı girib bostana,Onu ayaqlayıb edib virana.Hakimsə danlayıb yazıq kişini,Dedi: «Sən tutaydın möhkəm işini.Bir hasar çəkmədin bostana nədən?«Tikanla örtmədin hasarını sən».Dedi ki, camışa bunlar nə edər,Hasar, tikan ona edərmi əsər?Dırnağı, buynuzu möhkəmdir onun,Zoru çox, şüuru çox kəmdir onun.Dağıdar önünə nə çıxsa haman,Özünə yol açar bu qanmaz heyvan.Qüdsi, heyrətdəyəm ki, hər bişüur,Hər şeydə işlədir qanmazlıqla zur.Soxulur önünə çıxsa ev, bostan.Tapdayıb eləyir yer ilə yeksan.Dindirsən deyir ki, qorxan deyiləm.Yəni ki, camışam, insan deyiləm.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-melamet-elameti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, gəl badə ver, dağılsın bu qəm,Dağılsın bəlkə bu qəlbimdən ələm.
Sinəmə dağ çəkir mənim bu dövranSinəmə dağ çəkir mənim bu dövran,Halımı dərk edər kim çəksə hicran.
Ümidim çoxdur ki, hicran tükənərÜmidim çoxdur ki, hicran tükənər,Xoş keçər bəlkə bu ömür bir qədər.
Sənsiz rahatlığım yoxdur, a canımSənsiz rahatlığım yoxdur, a canım,Nə şadlıq varımdır, nə xoş zamanım.