Melor Sturuanın “Tot bezumnıy mir”kitabını oxuyub, şəkillərə baxarkən

Səhnədə oyun başlanıb,Gözlər səhnəyə tuşlanıb,Döyüşür iki boksyor.Qalib qıcıyıb dişiniMəğlubun gözünü oyur.

Məğlub bərk-bərk yapışmışdır,Qalibin biləklərindən.Ancaq qanlı sular axır,Üzünə bəbəklərindən.

Qapanıb həris dodaqlar,Uzun dırnaqlı barmaqlarBəbəkləri eşir... eşir...O gözlərdən gilə-gilə,Qanlı damlalar sürüşür.

Nə kimsə köməyə gəlir,Nə kimsə həyəcana düşür.Dollar-sərvət ehtirasıİnsanı belə dəyişir.

Oyun deyil, bu dəhşətdir,İnsanlığa fəlakətdir.Dizim üstə düşüb birdənSağ ol deyirəm bəxtim, sən!O dəllallar ölkəsiniEləmədin mənə vətən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri