Nəcdin dağı Məcnun,Leyli deyib dolan Məcnun,On bir ay çeşmə başında,Oturub məskən salan Məcnun.

Girdi Beytullaha,Yüz çevirib o dərgaha,Ərzini eyləyib padşaha,Yüz min hacət qılan Məcnun.

Nofəl padşah ləşkərin göndərdi,Özün ol Qeysə yetirdi,Zeydin xəbərin göndərdi,Hanı qədər bilən Məcnun.

Oxudum surəyi-kəlam,Ahımdan tutulur aləm,Yarın almış İbn Sələm,Tək və tənha qalan Məcnun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə