Kavə-peşə kişi, ey mərdək Ağa Həsənə,Çox təvazö eylədin bilmədin axır Həsənə.

Yürəki-ahən olanlar gedib ahəngər olur,Elə iş tutma, kişi, ki hamı səndən küsənə.

Biz dedik: Dəhrə ilə Maşa və Arsini qayır,Bizi qəmdən qurtarıb boynumuza sal rəsənə.

Dəhrənin ağzı sınıb gəlmədi Arsin Maşa,İkisi vardı mənim əl ayağımı kəsənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri