Gerçək arzu
Araz mənim can sirdaşım,Könüldaşım, ömürdaşım,Ey yurddaşım, ey qardaşım,Sanma axan sudur Araz.
Ondadır ürəyin, canın,Dalğa-dalğa həyəcanın,Ayrılmış AzərbaycanınHissi, duyğusudur Araz.
Ulusa yasaq adların,Yabançıların, yadların,Əliqanlı cəlladlarınBizdən qorxusudur Araz.
Neylər ona iri cırtdan,Güc alır ulusdan, yurddanAya çıxan ulu qurddanSüd əmmiş quzudur Araz.
Sahili yox diləyinin,Alovu var küləyinin,Yurddaşların taleyininYurda sorğusudur Araz.
Dərdi için-için olan,Sevdası göyərçin olan,Sabah Xəzərdə çin olanKürün yuxusudur Araz.
Alçaqların, dəyyusların,Satqınların, casusların,İşğalçı binamuslarınSanma qurğusudur Araz.
Savalan vüqarımızın,Əyilməz Qoşqarımızın,Atar damarlarımızınCanlı vurğusudur Araz.
Şəhidlər bölüklərinin,İgidlər böyüklərinin,Azərbaycan türklərininGerçək arzusudur Araz!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-gercek-arzu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözdən asılar pərdə,Alçaqlar olan yerdə,
Yerə girmişlər üçünBorc almamış ömründə atan kimsədən, oğlum,Qaçmış tiyan altında yatan kimsədən, oğlum!
Özün öz köksünə qoydun bir daşÖzün öz köksünə qoydun bir daş,Uğrayıb təkliyə, qurdun bardaş,
Yurd ulus cövhəridir bir oğulun bağrındaYurd ulus cövhəridir bir oğulun bağrında,Oğul olmaq ulu bir ad daşımaqdır, oğlum!