Təbiət bir yaşıl nura bürünər,Üfüqlər açılar, günəş görünər,

Dərələr oyanar, dağlar oyanar,Bağçalar oyanar, bağlar oyanar.

Oyanar yarpaqlar, güllər, çiçəklər,İnsanlar, canlılar, quşlar, böcəklər.

Oyanar yer, səma, su, hava, torpaq,Qaradaş oyanmaz, oyanmaz heç vaxt.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar