شبی رخ تافته زین دیر فانیبه خلوت در سرای ام هانی

Gecə tərk eləyib fani dünyanı,Görməyə getmişdi Ümmi-Hanini.

رسیده جبرئیل از بیت معموربراقی برق‌سیر آورده از نور

Özünü Cəbrail göydən yetirdi,Ildırımtək nurdan Buraq gətirdi.

نگارین پیکری چون صورت باغسرش بکر از لگام و رانش از داغ

Təzə bağ kimiydi bu at bəzəkdən,Budu dağ görməmiş, başı da yüyən.

نه ابر از ابر نیسان د‌ُرفشان‌ترنه باد از باد بستان خوش‌عنان‌تر

Neysan yağışıtək inci səpirdi,Yel deyil, yeldən də iti gedirdi.

چو دریا‌یی ز گوهر کرده زینشنگشته وهم کس زورق نشینش

Dəryatək yəhərin eləyib dürdən,Qayığı uzaqdır hər təsəvvürdən.

قوی پشت و گران نعل و سبک خیزبه دیدن تیز‌بین و در شدن تیز

Bel güclü, nal ağır, ayaqlar qıvraq,Gözlər iti görən, özü qaçaraq,

وشاق تنگ‌چشم هفت خرگاهبدآن ختلی شده پیش شهنشاه

Cəbrail keçərək yeddi fələyi,Şahənşaha bir at verdi, yel təki.

چو مرغی از مدینه بر پریدهبه اقصی‌الغایتِ اقصی رسیده

Mədinədən quştək uçdu peyğəmbərƏqsa məscidinin sonuna qədər,

نموده انبیا را قبله خویشبه تفضیل امانت رفته در پیش

İstədi nabilər olsun qibləsi,Qiblə etdi bunu onlar cümləsi.

چو کرده پیشوایی انبیا راگرفته پیش راه کبریا را

Əvvəl yol göstərdi o nəbilərə,Sonra haqq yolunda çıxdı səfərə.

برون رفته چو وهم تیزهوشانز خرگاهِ کبودِ سبزپوشان

Könül xəyal kimi düşmədən dara,Mələklər yurdundan çıxdı kənara.

ازین گردابه چون باد بهشتیبه ساحل‌گاهِ قطب آورده کشتی

Behişt yeli kimi girdab içindənQütbün sahibinə yetişdi birdən.

فلک را قلب در عقرب دریدهاسد را دست بر جبهت کشیده

Fələk Əqrəbinin bağrını sökdü.Əsədin üzünə əlini çəkdi.

مجره که‌کشان پیش براقشدرخت خوشه جوجو ز اشتیاقش

Samanını çəkdi kəhkəşan gücü,Doğrandı arpatək san Cövza bürcü.

کمان را استخوان بر گنج کردهترازو را سعادت‌سنج کرده

Qövsü başdan-başa tilsimə saldı.Xoşbəxtliyi çəkmək Mizana qaldı.

رحم بر مادران دهر بستهز حیض دختران نعش رسته

Rəhimini sardı o dörd qarının,Qurtardı heyzindən göy qızlarının!

ز رفعت تاج داده مشتری راربوده ز آفتاب انگشتری را

Müştəri yüksəklik tacını tapdı,Günəş üzüyünü əlindən qapdı.

به دفع نزلیان آسمان گیرز جعبه داده جوزا را یکی تیر

Göydə qovmaq üçün şeytanları daCəbədən o bir ox verdi Cövzaya.

چو یوسف شربتی در دلو خوَردهچو یونس وقفه‌ای در حوت کرده

Yusiftək Dəlvdən bir şərbət içdi,Yunis kimi Hutda duracaq seçdi.

ثریا در رکابش مانده مدهوشبه سرهنگی حمایل بسته بر دوش

Rikabında katib Sürəyya qaldı,Sərhəng həmayilin çiyninə saldı.

به زیرش نسر طایر پر فشاندهوزو چون نسر واقع باز مانده

Altda Nəsri-Tair qanad çalırdı,Bir Nəsri-Vaqetək geri qalırdı.

ز رنگ‌آمیزی ریحان آن باغنهاده چشم خود را مهر مازاغ

Onu oxşamazdı o reyhan, o bağ,Gözünə vurmuşdu o, möhri-mazağ,

چو بیرون رفت از آن میدان خضرارکاب افشاند از صحرا به صحرا

O yaşıl meydandan çıxdığı zamanAtını sürürdü hey səhralardan.

بدان پرندگی طاوس اخضرفکند از سرعتش هم بال و هم پر

Onun sürətindən göydə mələklərQol-qanad saldılar hey birər-birər.

چو جبریل از رکابش باز پس گشتعنان بر زد ز میکائیل بگذشت

Arxada qoyaraq Cəbraili də,At sürüb keçmişdi Mikaili də.

سرافیل آمد و بر پر نشاندشبه هودج‌خانهٔ رفرف رساندش

İsrafil qanadı üstünə aldı,Rəfrəf xanəsinə tərəf ucaldı.

ز رفرف بر رف طوبی علم زدوز آنجا بر سر سدره قدم زد

Rəfrəfdən Tubaya vurdu ələmi,Ordan da Sidrəyə qoydu qədəmi.

جریده بر جریده نقش می‌خواندبیابان در بیابان رخش می‌راند

Çöldən-çölə doğru sürür rəxşini,Oxuyurdu göyün zəngin nəqşini.

چو بنوشت آسمان را فرش بر فرشبه استقبالش آمد تارک عرش

Qat-qat asimanı aşıb keçirkənƏrşin təpəsinə yetişdi birdən.

فرس بیرون جهاند از کل کونینعلم زد بر سریر قاب قوسین

Kainat üstündən at sıçradaraq,Ta qabi-qövseynə sancdı bir bayraq.

قدم برقع ز روی خویش برداشتحجاب کاینات از پیش برداشت

Cəhətlər üzündən niqabı atdı,Məkan pərdəsini dartıb qopartdı.

جهت را جعد بر جبهت شکستندمکان را نیز برقع باز بستند

Üzündən pərdəni qaldırdı o zat,Canlandı gözündə sonsuz kainat.

محمد در مکان بی‌مکانیپدید آمد نشان بی‌نشانی

Məhəmməd görüncə məkansız məkan,Aşikara çıxdı nişansız nişan.

کلام سرمدی بی‌نقل بشنیدخداوند جهان را بی‌جهت دید

Dünya allahını görərkən gözü,Allah kəlamını dinlədi özü.

به هر عضوی تنش رقصی در آوردز هر مویی دلش چشمی بر آورد

Hər üzvünə yeni bir qüvvət çatdı,Ürəyi hər tükdən bir göz yaratdı.

و زان دیدن که حیرت حاصلش بوددلش در چشم و چشمش در دلش بود

Gözü ürəyində, qəlbi gözündə,Heyrətdi duyulan onun üzündə.

خطاب آمد که‌ای مقصود درگاههر آن حاجت که مقصود است در خواه

Xitab olundu: Ey dərgah istəyi,Söylə, ürəyinin nədir diləyi!

سرای فضل بود از بخل خالیبرات گنج رحمت خواست حالی

Kərəm sarayıydı o yer, nəhayət,Məhəmməd allahdan istədi rəhmət.

گنه‌کاران امت را دعا کردخدایش جمله حاجت‌ها روا کرد

Ümmət günahıyçın dua eylədi,Allah: "İstəyini bəxş etdim!" dedi.

چو پوشید از کرامت خلعت خاصبیامد باز پس با گنج اخلاص

Kəramət xələti alıb geyindi,İxlas xəznəsiylə geriyə döndü.

گلی شد سرو قدی بود کامدهلالی رفت و بدری بود کامد

Bir güldü, sərv oldu, qayıtdı geri,Hilalkən bədr olub, bitdi səfəri.

خلایق را برات شادی آوردز دوزخ نامه آزادی آورد

Bu səfərlə etdi məxluqu dilşad,Qorxunc cəhənnəmdən eylədi azad.

ز ما بر جان چون او نازنینیپیاپی باد هر دم آفرینی

Bizdən ömür boyu qoy o nazəninDaima eşitsin alqış, afərin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri