Olmadı mümkün edim halımı cananə ərz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Olmadı mümkün edim halımı cananə ərz,Mur nə qism eyləsin şahi-Süleymanə ərz.
Tab ola gər aşiqə yar üzün görməyə,Şəm’ə edər hər gecə dərdini pərvanə ərz.
Surəti-divar tək olmasa gər lalü məhv,Dərdin edər yarına aşiqi-divanə ərz.
Badi-səba, fəsli-gül gülşənə etsən xuram,Hali-pərişanım et sünbülü reyhanə ərz.
Şə’şəeyi-arizin aldı gözümdən şüa’,Qoymadı halım edim ol məhi-tabanə ərz.
Çahi-məzəllətdə bənd Bijən olub müstəmənd,Halın onun kim edə Rüstəmi-dastanə ərz?
Gərdişi-çərxi-fələk olmasa kamımca gər,Dərdi-dilim eylərəm şahi-Xorasanə ərz.
Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda,Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Səhmi-şəbi-tardən olma, Nəbati, məxuf,Dadi-dilin etgilən sureyi-Imranə ərz.
Kitabxana.az · https://kitabxana.az/works/ebulqasim-nebati-olmadi-mumkun-edim-halimi-canane-erz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməzNədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz,Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməzNisbət sənə’ ey şux, Züleyxa ola bilməz,Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
AyırmaSənə qurban olum, fələk,Dağları qardan ayırma!
Hüseyn Ərəblinskiyə(Hüseyn Ərəblinskinin təşhi-cənazəsinə oxunan növhə)Möhtərəm, ey sevgili yoldaşımız mərhum Hüseyn!
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,