Qərib yerdə yad illərdə sevdiyim,Didəm qan yaş tökər, dilim dad eylər,Əzəl başdan göz açıbən gördüyüm,Mənə səndən qeyri kim imdad eylər.

İnci dişlərinə qurban olduğum,Qələm qaşlarına heyran olduğum,Bir dil bilməz olduğum,Məni qəmgin, özgələri şad eylər.

Səhər-səhər kirpikləri san verir,Müddəi sözü ilən bizdən yan verir,(Aşıq)ın öldürmüş yada can verir,(Yaxşı) adın qoymuş yaman ad eylər.

Bu dünyada düz görmədik beş günü,Həmdəmsiz adamın olar puç günü,Könül, nə bəslədin fəna köşkünü,Onu fələk bir gün bərbad eylər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq