Bəzən haqq qazanır insan öləndə,Hətta unudulur ağır günahı.Hamıya dərd olur, "cavan getməyi""Olduqca az görüb, az yaşamağı".Deyirlər: "Bilsəydik ayıq olardıq.Onu qoyardıqmı heç gözdən iraq?

Hər bir dərdinə də çarə qılardıq,Nə bilək o belə az yaşayacaq..."Eh, bu gün nə qədər xəyala daldım,Eh, gəldim nə qədər alışdı, dindi.Sən mənim qəbrimi biləsən deyəBu cavan yaşımda ölümmü indi?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm