Həsrətin araya atdı dağ, dərə,Sönən işıq oldun, batan səs oldun.Qayıt, mənim gülüm, qayıt bu yerə,Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pəran-pərəndir,Qəlbə təsəllidir xatirələrim.Bir halımı soruş, könlümü dindir;Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer eləDərdli səhərləri, gecələri sən.Çaşıb başqa yolla keçirəm elə,Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi, -Yenə olduğutək görüm həyatıQayıt, gözüm nuru, könlüm atəşi,Qayıt, sahmana sal bu kainatı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri